Rusiyadan Ankaraya böyük jest

Rusiyadan Ankaraya böyük jest
Rusiya hökuməti İqtisadi İnkişaf nazirliyinə Türkiyə ilə 2017-2020-ci illərdə orta müddətli ticari-iqtisadi, elmi-texniki və mədəniyyət əməkdaşlığı proqramını imzalamaqla bağlı təlimat verib.
Rusiya İqtisadiyyat Nazirliyinin 2017-2020-ci illər Rusiya Federasiyası və Türkiyə Respublikası arasında orta müddətli ticari-iqtisadi, elmi-texniki və mədəniyyət əməkdaşlığı proqramının qəbul olunduğu haqda məlumat yayılıb. 
Eyni zamanda, Rusiya İqtisadi İnkişaf Nazirliyinə proqramı hökumət adından imzalaması təlimatı verilib. 
2015-ci ildə türk hava sərhəddini pozan Rusiya qırıcısı Türk Hava Qüvvələri tərəfindən vurulmuşdu. Bundan sonra rus-türk əlaqələri dayandırılmış, başda meyvə-tərəvəz olmaqla Rusiya bir sıra türk məhsullarından imtina etmişdi.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt