İŞİD terror təşkilatı "Fərat qalxanı” hərəkatı çərçivəsində Suriyada əməliyyat keçirən türk əsgərinə hücum edib. Terrorçuların hücumu nəticəsində bir neçə əsgər yaralanıb. Yaralılar Kilis Dövlət Xəstəxanasına yerləşdirilib.
Ordu İŞİD-ə havadan və qurudan zərbələr endirməyə davam edir.
***
İŞİD terror təşkilatının Türkiyə hərbçilərinə qarşı həyata keçirdiyi hücum nəticəsində iki hərbçi şəhid olub, 15-i isə yaralanıb.
Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.