İranın yol və şəhərsalma naziri Mehrdad Bazarpaş danışıqlar aparmaq üçün Ermənistana gəlib.
Bu barədə İranın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, İran nümayəndə heyəti İrəvana oktyabrın 23-də gəlib. İran tərəfi erməni tərəfdaşları ilə infrastruktur sahəsində əməkdaşlığın inkişafı ilə bağlı görüşlər keçirəcək.