Moskvaya PUA hücumu: iki nəfər yaralandı

Moskvaya PUA hücumu: iki nəfər yaralandı
Bu gün Moskvaya endirilən PUA zərbəsi zamanı xəsarət alanlar olub.

Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov deyib.

Onun sözlərinə görə, İstrinsk dairəsində bağ evinə PUA-nın düşməsindən sonra iki nəfər yaralanıb.

"Yaralılardan biri xəstəxanaya yerləşdirilib. Eləcə də 3 evin pəncərələri qırılıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Moskva PUA hücumuna görə paytaxt hava limanlarının hamısı bağlanmışdı.
скачать dle 12.1
Geri qayıt