Havay adalarında yanğın: ölənlərin sayı artır

Havay adalarında yanğın: ölənlərin sayı artır
ABŞ-ın Havay adalarında baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 96 nəfərə çatıb.

Bu barədə ştatın qubernatoru Coş Qrin deyib.

Məlumata görə, yanğınlar nəticəsində 2200-dən çox bina dağılıb.

Qeyd edək ki, Maui adasında yanğınlar avqustun 8-də külək səbəbindən başlayıb. Havay adalarında baş verən yanğınlar ABŞ-da son 100 ildə ən ölümcül yanğın kimi tarixə düşüb. Adaların bərpasının dəyəri isə 5,52 milyard dollar olaraq qiymətləndirilir.
скачать dle 12.1
Geri qayıt