Fransada koronanın yeni variantı sürətlə yayılır
Fransada COVİD-19-un omikron ştammının yeni variantı - Eris (EG.5.1) sürətlə yayılır.
Bu barədə RFI radiostansiyası məlumat yayıb.
Məlumata görə, yoluxma halına daha çox tanınmış tətil bölgələrində rast gəlinir.
Yoluxma hallarının 15-74 yaşlı insanlar arasında ötən həftəyə nisbətən 25 faiz artdığı vurğulanır.
Həmçinin, 74 yaşdan yuxarı şəxslərdə 34 faiz, 2 yaşdan aşağı körpələrdə isə 56 faiz artım olduğu bildirilir.
Qeyd edək ki, Erisin yaratdığı sağlamlıq riski, digər mövcud COVİD-19 variantlarından qlobal miqyasda aşağı riskli olaraq qiymətləndirilib.