Danimarka sərhədə nəzarəti gücləndirir

Danimarka sərhədə nəzarəti gücləndirir
Danimarka Quranın yandırılması ilə bağlı son aksiyalara görə ölkə sərhədlərində nəzarəti gücləndirir.

Bu barədə Danimarka Ədliyyə Nazirliyi məlumat yayıb.

“Konkret və davamlı təhdidlərə cavab vermək üçün Danimarkaya daxil olanlara diqqət yetirmək lazımdır”, - məlumatda deyilib.

Qeyd olunur ki, sərhəd nəzarətinin daha sərt qaydaları avqustun 10-dək qüvvədə olacaq.
скачать dle 12.1
Geri qayıt