Əfsanəvi britaniyalı musiqiçi dünyasını dəyişib

Əfsanəvi britaniyalı musiqiçi dünyasını dəyişib
Böyük Britaniyalı musiqiçi Con Uetton 68 yaşında dünyasını dəyişib.
"RİA Novosti" agentliyi xəbər verir ki, bu barədə musiqiçinin rəsmi saytında məlumat yerləşdirilib.
Vokal, gitara, klaviş ifaçısı, bir çox mahnıların müəllifi, rok musiqisinin əfsanələrindən sayılan Con Uetton xərçəng xəstəliyi ilə uzunsürən mübarizədən sonra dünyasını dəyişib.
70-ci illərdə "King Crimson" qrupu ilə məşhurlaşan Uetton "Roxy Music", "Uriah Heep" kimi qruplarda çıxış edib.1980-ci ildə isə "Caught In the Crossfire" ilk solo albomu çıxıb.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt