İrandan ABŞ-a – Xəbərdarlıq

İrandan ABŞ-a – Xəbərdarlıq
İranın Xarici İşlər naziri Cavad Zərif paytaxt Tehranda fransız həmkarı Jan-Mark Ero ilə görüşüb.
Görüşdən sonra keçirilən mətbuat konfransında iranlı nazir ABŞ-ın yeni rəhbərliyini gərginlik yaratmaqda günahlandırıb:
"İranın müdafiə proqramından ABŞ-ın yeni rəhbərliyi tərəfindən gərginlik yaratmaq üçün bəhanə olaraq istifadə edilməyəcəyinə ümid edirik”.
Zərif ölkəsinin istehsal etdiyi ballistik raketin Qərblə əldə olunan nüvə razılaşmasının, yaxud BMT Təhlükəsizlik Şurasında qəbul edilən qərarlara aid olmadığını deyib:
"Bu raketlər nüvə anlaşmasının bir parçası deyil. İran başqa bir ölkəyə hücum etmək üçün bu raketlərdən heç vaxt istfadə etməyəcək. İranda istehsal olunan raketlər nüvə başlığı daşımır”.
Jan-Mark Ero isə çıxışında İranla əldə olunan nüvə razılşamasını müdafiə edib. "Biz bu anlaşmaya hörmət edilməsini istəyirik”, - nazir qeyd edib.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt