Yəməndə son silahlı toqqquşmalarda 7 nəfər həlak olub

Yəməndə son silahlı toqqquşmalarda 7 nəfər həlak olub
Yəmənin iqtidaryönlü qüvvələri ilə "Ənsərulla" hərəkatının üzvləri (husilərlə) və keçmiş prezident Əli Abdulla Salehinin tərəfdarları arasında baş vermiş son silahlı toqqquşmalarda 7 nəfər həlak olub.
Bu barədə "Anadolu" agentliyi xəbər verib. Məlumata görə, döyüşlər Səudiyyə Ərəbistanı ilə həmsərhəd Harad rayonu ərazisində baş verib. 
Silahlı toqquşmalar zamanı həmçinin daha 4 nəfər xəsarət alıb. Yəmənin iqtidaryönlü qüvvələrinə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviasiyasının dəstək verdiyi bildirilir.
BMT-nin məlumatına görə, Yəməndə münaqişənin başlandığı vaxtdan bu günə kimi 10 min mülki sakin həlak olub.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt