Qəza nəticəsində iki erməni hərbçi öldü

Ermənistanın Sünik rayonundakı (Qərbi Zəngəzur) Vardavank-Qafan yolunda qəza baş verib.
Bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, sürücü idarəetməni itirib və avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.
Qəza nəticəsində müqaviləli 2 erməni hərbçi ölüb.