Ukrayna lideri sərt danışdı – “Bu ölkələr Rusiyadan o qədər qorxurlar ki...”

Ukrayna lideri sərt danışdı – “Bu ölkələr Rusiyadan o qədər qorxurlar ki...”
Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun Vilnüsdə keçiriləcək sammitində ölkəsinə üzvlük şərtləri ilə bağlı konkret siqnallar almayacağı təqdirdə iştirakın mənasını görmür.

Zelenski müharibə davam edərkən NATO-ya üzvlüyün qeyri-mümkünlüyünü anladığını, amma savaşın sonunda bunun mümkünlüyünü bəri başdan eşitməyin vacib olduğunu deyib.

"Bəzi NATO ölkələri Rusiyadan o qədər qorxurlar ki, Ukraynanı blokda görməyə hazır deyillər. Vilnüsdə görünməsək və siqnal verməsə, Ukraynanın bu sammitdə heç bir işinin olmayacağını düşünürəm”, - Ukrayna lideri bildirib.
скачать dle 12.1
Geri qayıt