Seçkiqabağı Trampa daha bir rəqib çıxdı
2024-cü ildə ABŞ-da keçiriləcək seçkilərdə daha bir sürpriz namizəd ortaya çıxıb.
Trampın keçmiş köməkçisi Mayk Pens də namizəd olmaq qərarına gəlib. O, iyunun 7-də Ayova ştatında çıxışı zamanı gələn il keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini elan etməklə prezidentlik kampaniyasına başlayacaq.
"Keçmiş müdiri” Trampa rəqib olacaq Pens, anketlərdə Tramp və Respublikaçı namizəd Ron DeSantisdən sonra ən populyar ad olaraq önə çıxır.
Bununla belə, Morning Consult-un mayın 26-28-də keçirdiyi sorğuya əsasən, respublikaçı seçicilərin 56 faizi Trampı, 22 faizi DeSantisi, 5 faizi isə Pensi dəstəkləyiblər.
Qeyd edək ki, Respublikaçılar Partiyasından namizədliyini artıq elan edən digər adlar arasında ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli, gənc multimilyonçu Vivek Ramasvami, iş adamı Perri Conson, mühafizəkar radio aparıcısı Larri Elder, senator Tim Skott və siyasətçi Asa Hatçinson var.