Türkiyə Silahlı Qüvvələri Suriyada həyata keçirilən "Fərat qalxanı" əməliyyatının 159-cu günündə İŞİD terror təşkilatının mövqelərinə zərbələri davam etdirib.
Növbəti əməliyyat günündə terrorçuların Suriyanın şimalında yerləşən 18 mövqeyinə zərbə endirilib.
Nəticədə 18 terrorçu zərərsizləşdirilib.