Əfqanıstanın şimalında hökm sürən soyuq hava şəraiti 27 uşağın ölümünə səbəb olub. Bununla bağlı Derzab bölgə nümayəndəsi Rahmetullah Haşar məlumat verib. Onun sözlərinə görə, bəzi rayonlarda qarın qalınlığı 1 metri ötüb, bir çox yaşayış məntəqələri ilə əlaqə kəsilib. Haşar Əfqanıstan rəhbərliyini dərhal hərəkətə keçməyə çağırıb.