Türkiyə şəhidin qisasını aldı: Əməliyyatlar davam edir...

Türkiyə şəhidin qisasını aldı: Əməliyyatlar davam edir...
Türkiyə ordusu "Pəncə-Kilid” əməliyyat bölgəsində 2 PKK terrorçusunu məhv edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Şəhidimizin qanını yerdə qoymadıq. Bölgədə əməliyyatlar güclü formada davam edir”, - məlumatda bildirilib.

Qeyd edək ki, ötən gecə PKK terrorçularının açdığı atəş nəticəsində "Pəncə-Kilid” əməliyyat bölgəsində xidmət edən Türkiyə ordusunun hərbçisi Məhəmməd Küçük şəhid olub.
скачать dle 12.1
Geri qayıt