15 milyard dollarlıq hasar tikiləcək

15 milyard dollarlıq hasar tikiləcək
Meksika ilə sərhəddə divarın tikintisi ABŞ-a 12-15 milyard dollara başa gələcək.
Bu haqda Filadelfiyada keçirdiyi mətbuat konfransında respublikaçıların lideri Mitç Makkonnell deyib.
Öz növbəsində Nümayəndələr Palatasının spikeri Pol Rayan ümid etdiyini bildirib ki, divarın tikintisi üçün lazım olan vəsait sentyabrın 30-da başa çatan cari maliyyə ilinin sonuna kimi tapılacaq.
Çərşənbə günü ABŞ prezidenti Donald Tramp elan edib ki, Daxili Təhlükəsizlik Nazirliyi Meksika ilə sərhəddə divarın tikintisinə başlayacaq. Divarın tikintisi üzrə layihə çərçivəsində hazırlıq tədbirləri 180 gün ərzində başa çatdırılmalıdır.
ABŞ prezidenti divarın pulunu qarşı tərəfdən alacağına söz verib. Lakin Meksika prezidenti Enrike Penya Nyeto xalqa müraciətində söyləyib ki, ölkəsi divarın inşası üçün heç bir ödəniş etməyəcək.

Gunaz.az


скачать dle 12.1
Geri qayıt