Ötən il Almaniya qaçqınlara 27 milyard avro xərcləyib

Ötən il Almaniya qaçqınlara 27 milyard avro xərcləyib
Ötən il Almaniyada qaçqınların yerləşdirilməsi və inteqrasiyası üçün dövlət büdcədən təxminən 27 milyard avro xərclənib. 
Gunaz.az TASS-a istinadən xəbər verir ki, bu haqda Almaniya Maliyyə Nazirliyinin yanvarın 27-də yayılan hesabatında bildirilib. 
Məlumata görə, bu sahəyə  2017-ci il üçün 21,3 milyard avro ayrılıb.
Xəbərə görə, 2016-cı ildə Almaniyaya 305 min qaçqın sığınıb. Bu rəqəm 2015-ci ildəkindən 3 dəfə azdır. 
Almaniya Federal Statistika qurmunun yaydığı məlumata əsasən, miqrantların hesabına 2016-cı ildə ölkə əhalisinin sayı 82,8 milyon nəfərə çatıb. 
скачать dle 12.1
Geri qayıt