Türkiyədə fabrikdə yanğın olub

Türkiyədə fabrikdə yanğın olub
Türkiyənin Kahramanmaraş vilayətində ofis ləvazimatlarının istehsal olunduğu mebel fabrikində yanğın olub.

Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kahramanmaraş-Kayseri yolunun 1-ci kilometrliyində yerləşən fabrikdə baş verib.

Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb olunub. Yanğın 2 saat ərzində nəzarətə götürülüb.

Qeyd olunur ki, fevralın 6-da baş verən zəlzələlərdə fabrikin bir hissəsinin zədələnib, zədələnməmiş hissəsində isə bir müddət əvvəl istehsala başlanılıb.

Yanğın zamanı işçilərin qalması üçün qurulan bəzi konteynerlər də yararsız hala düşüb.
скачать dle 12.1
Geri qayıt