Mask bir gündə nə qədər itirdi?
"Tesla” və "SpeysX”, həmçinin Tvitter sosial şəbəkəsinin sahibi İlon Maskın sərvəti bir gündə 12,6 milyard dollar azalıb.
Bu barədə "Blumberq” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Maskın sərvətinin bu qədər azalmasına səbəb "Tesla” səhmlərinin 9,75%-nin düşməsi və "Starşip” prototipinin super ağır kosmik gəmisinin partlaması olub.
Qeyd edək ki, hazırda İlon Mask dünyanın ən varlı adamları reytinqində ikinci yerdədir.