İtaliyada qar uçqunu altında qalmış oteldə daha üç cəsəd tapılıb

İtaliyada qar uçqunu altında qalmış oteldə daha üç cəsəd tapılıb
Ötən çərşənbə günü qar uçqununa məruz qalmış italyan otelində daha üç nəfərin cəsədi tapılıb. Bununla da, faciə qurbanlarının sayı 12-yə çatıb.
Məlumata görə, hazırda 17 nəfər itkin düşmüş sayılır, 11 nəfəri xilas etmək mümkün olub.
Xatırladaq ki, yanvarın 18-də İtaliyanın Abruzzo regionundakı Qran-Sasso dağ massivində yerləşən "Rigopiano di Farindola” oteli qar uçqunu altında qalıb. Güman olunur ki, mehmanxana binasının üzərinə sürəti saatda 100 kilometrə çatan 120 min kubmetr qar kütləsi tökülüb.
Hadisə vaxtı oteldə 40 nəfərədək insan olub
Faciə ilə bağlı cinayət işi başlanıb. Otel sahibləri səhlənkarlıqda ittiham olunurlar.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt