Donald Tramp Misir prezidentini ABŞ-a dəvət edib

Donald Tramp Misir prezidentini ABŞ-a dəvət edib
ABŞ prezidenti Donald Tramp misirli həmkarı Əbdül Fəttah Əs-Sisinin Vaşinqtona səfərini gözləyir.
Bu barədə Misir prezidentinin ofisi məlumat yayıb.
Bazar ertəsi Tramp və Əs-Sisi arasında telefon danışığı olub.
"ABŞ prezidenti Əs-Sisinin Vaşinqtona səfərini gözləyir və bu səfər hazırda diplomatik kanallar vasitəsi ilə hazırlanır", - deyə "Reuters" Misir tərəfinin bəyanatını sitat gətirib.
Əs-Sisi Yaxın Şərq regionunda Trampla danışan ikinci dövlət lideri olacaq. ABŞ prezidenti bundan öncə İsrailin baş naziri Binyamin Netanyahu ilə söhbətləşmişdi.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt