Putinlə Tramp bu ölkədə görüşə bilər

Putinlə Tramp bu ölkədə görüşə bilər
Finlandiya Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşünü təşkil etməyə hazırdır.
Bu barədə Finlandiyanın baş naziri Yuxa Sipilya deyib.
O, Arktik Şurasının sammitində ABŞ və Rusiya liderlərinin görüşünü təşkil etməyə hazır olduqlarını açıqlayıb.
Lakin Y.Sipilya Putin və Trampın görüşü haqqında konkret informasiyanın olmadığını da bildirib.
Qeyd edək ki, Arktik Şurasında Şimali Avropa ölkələri, ABŞ, Rusiya və Kanada təmsil olunur. Finlandiya 2017-2019-cu illər ərzində şuraya rəhbərlik edəcək.
Gunaz.az
скачать dle 12.1
Geri qayıt