Rusiyada güclü zəlzələ oldu
Rusiyanın Kamçatka yarımadasında 6,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb.
Zəlzələ yarımadanın cənubunda, Sakit okean sahillərində meydana gəlib.
Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 170 kilometr aralıda yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
