Türkiyədə zəlzələ qurbanlarının sayı 42 mini ötdü
Türkiyədə zəlzələdə ölənlərin sayı 42 310 nəfərə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edək ki, Türkiyənin Qəhrəmanmaraş ərazisində 6 fevralda iki dəhşətli zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə böyük dağıntılar və insan tələfatına səbəb olub.