İranda daha 4 məhkum edam edildi
İranın Rudan, Şiraz və Zahidan şəhərlərində narkotik maddələrin ticarəti və adam öldürməkdə təqsirləndirilən daha 4 məhkum edam edilib.
Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Bildirilir ki, edam edilənlərdən biri Miraxan Məhəmmədi adlı 26 yaşlı Əfqanıstan vətəndaşıdır. Digərlərinin kimliyi bilinmir.