Bundan Bakı da, biz də narahatıq- Ərdoğan

Bundan Bakı da, biz də narahatıq- Ərdoğan

İran Prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər.

Bu sözləri Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

O bildirib ki, belə bir səfər hazırlanırdı, ancaq onu təxirə salan bəzi səbəblər oldu:

"İndi protokollar üzrə danışıqlar aparılır, düşünürəm ki, səfər yaxın həftələrdə həyata keçiriləcək, hələlik konkret təqvim yoxdur”.

Kalın Bakı kimi Ankaranın da İranın bəzi bəyanatlarından narahat olduğunu vurğulayıb:

"Bu baxımdan üçtərəfli formatda danışıqlar bütün bu məsələləri həll edə bilər".


скачать dle 12.1
Geri qayıt