İrandakı etirazlarda həyatını itirənlər - 64 uşaq və...
İranda 100 etirazçını ölüm cəzası gözləyir.
GunAz.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Norveçdə yerləşən İran İnsan Haqları (IHRNGO) qeyri-hökumət təşkilatı bildirib.
Belə ki, təşkilat sentyabrdan başlayan etirazlarda 476 nəfərin öldüyünü açıqlayıb.
Həyatını itirənlərdən 64-nün uşaq, 34-nün qadın olduğu vurğulanıb.
"Bundan başqa, ən azı 100 etirazçı edam, ölüm və həbs təhlükəsi ilə üzləşib",- deyə IHRNGO qeyd edib.