Türkiyə qırıcıları İraqın Qəndil bölgəsində növbəti əməliyyat keçirib. Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Əvvəlcədən müəyyən edilən ərazilərə endirilən aviazərbələr nəticəsində 8 PKK hədəfi məhv edilib. Bölgədə əməliyyatlar davam etdirilir.