Ərdoğandan BÖYÜK PLAN

Ərdoğandan BÖYÜK PLAN

Türkiyə yaxın gələcəkdə qazın qiymətinin müəyyənləşdirilməsində qlobal mərkəz olmaq qərarına gəlib".

Bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Ankara Türkiyə ərazisində qaz qovşağının yaradılması ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb:

 

"Türkiyənin Avropa hissəsi olan Trakya enerji mərkəzinə çevriləcək. Məqsədimiz Türkiyəni ən qısa zamanda qlobal qaz qiymət mərkəzinə çevirməkdir".

Əvvəllər resurs və enerji bazarı üzrə beynəlxalq ekspert Vladimir Demidov bildirmişdi ki, Türkiyənin qaz qovşağı layihəsinin həyata keçirilməsində birinci mərhələ qazın Azərbaycan ərazisindən tədarükünə dair saziş, ardınca isə Türkiyə və Rusiyada infrastrukturun tikintisi ola bilər

скачать dle 12.1
Geri qayıt