Xersonda sakinlərin təxliyyəsi başa çatdı

Xersonda sakinlərin təxliyyəsi başa çatdı

"Xersonda son gəmi Dnepr çayının sağ  sahilindən ayrıldı. Mütəşəkkil evakuasiya çərçivəsində Xerson şəhərindən son gəmi vilayətin sol sahilinə çıxdı”.

Bu barədə Ukraynanın işğal olunmuş Xerson şəhərinin "vitse-qubernatoru” Kirill Stremousov öz "Telegram” kanalında məlumat verib.

 

"Noyabrın 7-də insanları sol sahilə apara biləcək sonuncu gəmi Xerson vilayətinin sağ sahilindən yola çıxdı”, - deyə  Stremousov qeyd edib.

O əlavə edib ki, bundan sonra şəhərdən çıxmaq istəyənlər özləri sərbəst şəkildə təxliyə oluna bilərlər

скачать dle 12.1
Geri qayıt