Terrorçular Dəməşq yaxınlığında suriyalı generalı öldürüblər

Terrorçular Dəməşq yaxınlığında suriyalı generalı öldürüblər

Dəməşq yaxınlığındakı Vadi-Barada vadisində lokal atəşkəs rejiminin tətbiqi prosesini koordinasiya edən  Suriya ordusunun generalı Əhməd əl-Qadban terrorçular tərəfindən qətlə yetirilib. 

 "TASS”agentliyinin verdiyi xəbərə görə,  bu barədə "Əl-Mayadin” telekanalı məlumat yayıb.

 Məlumata görə, general Dəməşq yaxınlığında ən böyük içməli su rezervuarının yerləşdiyi Ayn-əl-Fici su mənbəyi rayonunda öldürülüb. İnsidentin təfərrüatları açıqlanmır.  

Gunaz.az

скачать dle 12.1
Geri qayıt