Ukrayna Krımla sərhəddə hərbi təlimlər keçirib

Ukrayna Krımla sərhəddə hərbi təlimlər keçirib
Ukrayna hava hücumundan müdafiə bölmələri Krım ilə sərhəddə yerləşən Xerson vilayətində xüsusi taktiki təlimlər keçiriblər.
Bu barədə cümə günü Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, "Yuq" ("Cənub") operativ-taktiki qruplaşmasının hava hücumundan müdafiə bölmələri döyüş təminatı bölmələri ilə birgə Xerson vilayətində xüsusi taktiki məşğələlər keçiriblər. Bu təlimlərin özəlliyi HHQ bölmələrinin həm gündüz, həm də gecə qarşıya qoyulan vəzifələri yerinə yetirməsidir.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt