Türkiyədə meşə yanğınları yenidən başladı
Türkiyənin Marmaris rayonunda meşəlik ərazidə yanğın baş verib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, hadisə yerinə helikopter, çiləyicilər, yanğınsöndürmə texnikaları və çox sayda canlı qüvvə göndərilib.
