SON DƏQİQƏ

Çin səfiri ABŞ-a XƏBƏRDARLIQ ETDİ

Tarix:

13-08-2022, 08:13

/ 2 146 dəfə oxundu.
Çin səfiri ABŞ-a XƏBƏRDARLIQ ETDİ

Hər gün ictimaiyyət qarşısında çəkisini və etibarını daha çox itirən ABŞ-ın hegemonluğunu qorumaq üçün lazımsız cəhdlərini dayandırmağının artıq vaxtıdır.

Bu sözləri Çinin Rusiyadakı səfiri Çan Xanxuey deyib.

"Tayvan Çin-ABŞ münasibətlərində ən mühüm, əsas və həssas məsələdir. Pelosi ABŞ-ın üçüncü önəmli siyasətçisidir. Onun hökumət təyyarəsi ilə Tayvana uçması bunun rəsmi səfər olduğunu təsdiqləyir. Həmçinin, Tayvan Diplomatik Tərəqqi Partiyası da bu səfərin ikitərəfli münasibətlərdə böyük bir irəliləyişə səbəb olduğunu vurğulayıb”, - Xanxuey qeyd edib.

Səfir vurğulayıb ki, Birləşmiş Ştatlar qarşısına çıxan heç bir vasitədən yayınmır:

"Onlar Tayvan kartını oynayırlar ki, sonra Çini ələ keçirsinlər. ABŞ-ın Soyuq müharibə yanaşması xəstə təfəkkürdür".

Səfirin sözlərinə görə, Çin və ABŞ arasında münasibətlər yalnız qarşılıqlı hörmət, dinc yanaşı yaşama, faydalı əməkdaşlıq və qarşıdurma olmadan mövcud ola bilər

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ