SON DƏQİQƏ
» » Lukaşenkodan xəbərdarlıq: Bu halda Kiyevi vura bilərik!

Lukaşenkodan xəbərdarlıq: Bu halda Kiyevi vura bilərik!

Tarix:

24-06-2022, 21:48

/ 1 330 dəfə oxundu.
Lukaşenkodan xəbərdarlıq: Bu halda Kiyevi vura bilərik!

Ukrayna ordusu Mozır neft emalı zavoduna hücum etsə, Belarus Kiyevi vuracaq.

GunAz.az BelTA-ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O qeyd edib ki, Belarus Ukraynada döyüşmək fikrində deyil.

"Mozırı vursalar, biz Ukraynaya girmədən Kiyevi vuracağıq. Bunu başa düşməlidirlər. Ancaq vurmaq üçün vuracaq bir şeyə sahib olmaq lazımdır. Bizdə var", - Lukaşenko "Polonez"ə işarə ilə qeyd edib.

Lukaşenko Belarus ordusunun təlim keçəcəyini də bildirib.

Xatırladaq ki, ötən gün Mozır neft emalı zavoduna xeyli silahlı şəxsin gəldiyi və zavod ərazisindən yanacaq daşıdığı haqda məlumat yayılıb. İddia edilir ki, bu, Belarusun Ukraynaya mümkün hücumu zamanı Kiyevin cavab zərbəsi endirməsinə qarşı indidən hazırlıqdır.


скачать dle 12.1

Şərhlər