SON DƏQİQƏ
» » Gürcüstanda yenidən mitinq elan edildi- Bu tarixdə...

Gürcüstanda yenidən mitinq elan edildi- Bu tarixdə...

Tarix:

23-06-2022, 08:18

/ 1 444 dəfə oxundu.
Gürcüstanda yenidən mitinq elan edildi- Bu tarixdə...

Paytaxt Tbilisidə iyunun 24-ü saat 20:00-də növbəti geniş miqyaslı "Avropaya Doğru" adlı mitinq keçiriləcək.

Bu barədə sözügedən mitinqin təşkilatçısı "Xəcalət" hərəkətı elan edib.

"İyunun 24-də Avropa Şurası Gürcüstanın namizədliyi ilə bağlı yekun qərarı açıqlayacaq. Qərar açıqlanandan sonra biz Gürcüstan parlamenti ilə görüşüb hökumətə müraciət edəcəyik.

Avropa Şurasının hansı qərar qəbul etməsindən asılı olmayaraq, Gürcüstanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün 6 ay vaxtı olacaq.

 
 

Hakimiyyət nə vəd verirsə versin, vədinə sadiq qalacağına inanmırıq, çünki illərdir sadiqliyi ancaq oliqarx sübut edir. Proporsional seçki sistemi ilə bağlı qanun layihəsi geri götürüləndə gürcü xalqına verilən vədi pozdular, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə əldə olunan razılaşmanı sabotaj edərək Avropaya verilən vədi pozdular. Ona görə də biz gürcü xalqı islahatların həyata keçirilməsi üçün məsuliyyət daşımalıyıq.

Bu proses iyunun 20-də misli görünməmiş mitinqlə başladı və bu, tarixi oldu - Bidzina İvanişvili ilə gürcü xalqının iradəsi bir-birindən ayrıldı, bunu dünya açıq şəkildə gördü. Buna baxmayaraq, bizim özümüzü qane etmək üçün heç bir vasitəmiz yoxdur - Gürcüstanın Avropa seçimini gürcü xalqı müdafiə etməlidir. Odur ki, biz iyunun 24-də Gürcüstanın de-oliqarxizasiyası ilə bağlı tələbləri açıqlayacaq və fəaliyyət planımızı sizə məlumat verəcəyik.

 

Bizimlə Gürcüstanın sadə vətənpərvər insanları və təşkilatları əlaqə saxlayır, xalq hərəkatına qoşulmaq istəklərini bildirirlər. İyunun 24-də Gürcüstanı Avropaya aparacaq bu cür insanların geniş birliyini görüb tanış olacaqsınız",-mitinqin təşkilatçıları verilən elan da qeyd ediblər.

Məlumat üçün bildirək ki, iyunun 23-24-də Brüsseldə Aİ-nin sammiti keçiriləcək. Toplantıda Ukrayna, Moldova və Gürcüstana Aİ-yə üzvlüyə namizəd statusu verilməsi ilə bağlı yekun qərar qəbul olunacaq. Avropa Komissiyasının iyunun 17-də açıqlanan rəyinə əsasən, Ukrayna və Moldovaya bu statusun verilməsi tövsiyə edilib, Gürcüstana isə məsələ ilə bağlı mənfi rəy verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ