ABŞ Dövlət Departamentinin Yaxın Şərq Bürosunun İsrail və Fələstin işləri üzrə katibinin köməkçisinin müavini Hadi Əmr İsrailə gedib.
GunAz.az xəbər verir ki, bu məlumatı ABŞ-ın İsraildəki Səfirliyi yayıb. Səfərdə əsas məqsədin regionda sülhün bərpasının gücləndirilməsi olduğu bildirilib.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Cozef Bayden İsrail baş naziri Benyamin Netanyahuya zəng etmişdi.