SON DƏQİQƏ
» » Ermənistanda parlament aprel döyüşlərinə aid hesabatı müzakirə edəcək

Ermənistanda parlament aprel döyüşlərinə aid hesabatı müzakirə edəcək

Tarix:

4-05-2021, 12:52

/ 3 420 dəfə oxundu.
Ermənistanda parlament aprel döyüşlərinə aid hesabatı müzakirə edəcək

Ermənistan parlamenti 2016-cı ilin aprelində Dağlıq Qarabağda baş vermiş eskalasiyanın araşdırılması ilə məşğul olan komissiyanın məruzəsini bağlı qapılar arxasında müzakirə edəcək.

GünAz.az bu barədə "Sputnik Ermənistan”a istinadən xəbər verir.

 

Məlumata görə məsələ ilə bağlı təklif parlamentin plenar iclasında irəli sürülüb. Təkliflə bağlı 71 deputat lehinə səs verib, 1 nəfər bitərəf qalıb.

2016-cı il martın ortalarından etibarən ermənilər keçmiş təmas xəttində atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə” adlanan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən çoxu yaralanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ