SON DƏQİQƏ
» » Rusiyanın "əl-qolunu" bağlayırlar: Britaniya kəşfiyyatı Putinə niyə xəbərdarlıq edib...

Rusiyanın "əl-qolunu" bağlayırlar: Britaniya kəşfiyyatı Putinə niyə xəbərdarlıq edib...

Tarix:

1-05-2021, 21:49

/ 1 338 dəfə oxundu.
Rusiyanın "əl-qolunu" bağlayırlar: Britaniya kəşfiyyatı Putinə niyə xəbərdarlıq edib...

ABŞ və Qərb Rusiyanın ən zəif yerlərini tam dəqiqliyi ilə müəyyən edə bilib, Kremlin müqavimət resurslarının tükənmək üzrə olduğu qənaətinə gəlib; Kreml hətta Rusiyanın sərhədləri ətrafında baş verənlərə reaksiya imkanlarını belə, itirə bilər…

Dünyada siyasi-ideoloji qütbləşmə dərinləşməkdə davam edir. Artıq hərbi-siyasi məzmun daşıyan bu qütbləşmə təhlükəli prosesə çevrilməyə başlayıb. Və bu baxımdan, dünya nəhəngləri arasında real qarşıdurma vəziyyəti ciddi narahatlıq doğura biləcək faktordur.

Bir müddət öncə Ağ Ev ABŞ-ın xarici düşmənlərini rəsmən elan etdi. Rusiya və Çini də bu düşmənlərin arasında ilk sırada təqdim etməyə üstünlük verdi. Bu isə Ağ Evin yaxın gələcək üçün əsas beynəlxalq prioritet hədəflərini təxmin etməyə imkan verir.

 

Belə anlaşılır ki, prezident Co Baydenin "ABŞ beynəlxalq mübarizə məkanına geri dönür” şüarı ilə başlatdığı qütbləşmə prosesi hələ uzun müddət davam edə bilər. Üstəlik, Bayden administrasiyası beynəlxalq qütbləşmənin əsas "düyün nöqtəsi”ni də müəyyən edib. Və bu funksiya Ukraynanın üzərinə düşüb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ