SON DƏQİQƏ
» » İran Hindistan və Pakistanla gediş-gəlişi dayandırdı

İran Hindistan və Pakistanla gediş-gəlişi dayandırdı

Tarix:

24-04-2021, 14:28

/ 1 343 dəfə oxundu.
İran Hindistan və Pakistanla gediş-gəlişi dayandırdı

İran Hindistan və Pakistanla gediş-gəlişi və yük daşımalarını dayandırıb.

GünAz.az-ın Tehran bürosunun məlumatına görə, İranın Daxili İşlər Nazirliyi ölkənin Yol və Şəhərsalma Nazirliyinə məktub yazaraq Hindistanla sərnişin və yük daşımalarını birbaşa həyata keçirməyin ikinci bir göstərişə qədər qadağan olduğunu bildirib.

İran DİN-nin göstərişində bütün nazirliklər, silahlı qüvvələr və digər aidiyyəti qurumlardan yol və şəhərsalma nazirliyi ilə əməkdaşlıq olunması istənilib.

Məktubda həmçinin Hindistandan İrana bir başa sərnişin girişinin qarşısının alınması sərhəd qoşunlarına tapşırılıb.

Qeyd edək ki, bu gündən İranda Hindistan və Pakistan istiqamətinə bütün uçuşlar da qadağan olunub.

Məlumatda qeyd olunub ki, Hindistanda koronavirusa yoluxanların ötən 24 saat ərzində rekord həddə olmasına görə, belə bir qərar qəbul olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ