
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün səhər saatlarında Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Bu məlumatı "Mediaport” Teleqram kanalı yayıb. Kanal Paşinyanın bununla hökumət daxilində olan xaosun qarşısının alınması üçün son səylərini göstərməyə çalışdığını bildirib.
Qeyd edək ki, Paşinyan bu gün 18:30-a mitinq təyin edib.