SON DƏQİQƏ
» » Pakistanda NATO dövlətlərinin, Rusiya və Çinin iştirakı ilə hərbi dəniz təlimləri başladı

Pakistanda NATO dövlətlərinin, Rusiya və Çinin iştirakı ilə hərbi dəniz təlimləri başladı

Tarix:

12-02-2021, 23:05

/ 1 381 dəfə oxundu.
Pakistanda NATO dövlətlərinin, Rusiya və Çinin iştirakı ilə hərbi dəniz təlimləri başladı

Pakistanda NATO dövlətləri, Rusiya və Çinin iştirakı ilə Ərəbistan dənizində çoxmillətli dəniz təlimləri "AMAN-2021” başlayıb.

"Anadolu” agentliyi xəbər verir ki, ABŞ, Çin, Rusiya və Türkiyənin də daxil olduğu 45 dövlətin iştirakı ilə hərbi dəniz təlimlərinin bir həftə davam etməsi gözlənilir.

Pakistan Hərbi Dəniz Qüvvələri "Sülh naminə birlikdə” şüarı altında təşkil edilən təlimin dəniz təhlükəsizliyi və sabitliyi üçün təhlükə yaradan "dəniz quldurluğu, terrorizm və digər cinayətlərə qarşı beynəlxalq əməkdaşlığı təşviq etməyi” hədəflədiyini açıqlayıb.

 

Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı Naveed Əşrəf təlimin başlanması münasibətilə təşkil edilən mərasimdəki çıxışında təlimin dəniz təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəyini bildirib.

Türkiyənin Kəraçi Baş Konsulu Tolqa Uçak deyib ki, Türkiyə ilə Pakistan sülh naminə həmişə birlikdə olacaq.

Qeyd edək ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri təlimdə müşahidəçi qismində iştirak edirlər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ