SON DƏQİQƏ

BMT Azərbaycana köməklik GÖSTƏRƏCƏK

Tarix:

24-11-2020, 08:34

/ 6 327 dəfə oxundu.
BMT Azərbaycana köməklik GÖSTƏRƏCƏK

BMT, Ərazilərin Minalardan Təmizlənməsi Xidmətinin (UNMAS) Qarabağda təcili yerləşdirməsi ilə bağlı digər bölmələrlə işləyir.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin nümayəndəsi RİA "Novosti”yə bildirib.

Adı açıqlanmayan nümayəndə "UNMAS-ın Dağlıq Qarabağ zonasında minaların təmizlənməsində Azərbaycana kömək etməyi planlaşdırırmı” sualına cavabında deyib:

"BMT, Ərazilərin Minalardan Təmizlənməsi Xidmətinin və təşkilatın digər qurumları ilə əlaqəli olaraq, tərəflərin tələb etdiyi kömək kontekstində təcili yerləşdirmə üzərində işləyir. Ehtimal olunur ki, missiya tərəflərin yerlərdə ehtiyaclarını nəzərə alaraq dekabr ayının əvvəllərində öz işinə başlayacaq”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ