SON DƏQİQƏ
» » Gürcüstanın infeksionist həkimləri həyəcan təbili çalırlar

Gürcüstanın infeksionist həkimləri həyəcan təbili çalırlar

Tarix:

23-11-2020, 21:45

/ 1 254 dəfə oxundu.
Gürcüstanın infeksionist həkimləri həyəcan təbili çalırlar

Gürcüstanda epidemioloji vəziyyət həddən artıq ciddidir. Təcili tədbirlər görülməlidir.

GunAz.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın infeksionist həkimləri məlumat yayıblar. İnfeksionistlər ölkədə yeni məhdudiyyətlərin tətbiqini tələb edirlər.

Onların sözlərinə görə, klinikalarda pasiyentlər üçün boş yer qalmayıb, həkim çatışmazlığı var.

Belə davam edəcəyi halda səhiyyə sistemi vəziyyətə tab gətirməyəcək.

Qrip mövsümü nəzərə alınmaqla koronavirusa yoluxma hallarının daha da artacağını qeyd edən infeksionistlər bu səbəbdən məhdudiyyətlərin gücləndirilməsini zəruri hesab edirlər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ