Türkiyədə son sutka ərzində daha 68 nəfər yeni tip koronavirusdan dünyasını dəyişib.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin açıqlamasında deyilib.
Bununla da qardaş ölkədə COVİD-19-dan ölənlərin ümumi sayı 7 min 445-ə çatıb.
Qeyd edək ki, Türkiyədə indiyədək 301 min 348 nəfər koronavirusa yoluxub.