SON DƏQİQƏ

ABŞ aviadaşıyıcısında matros itkin düşüb

Tarix:

7-09-2020, 22:24

/ 1 239 dəfə oxundu.
ABŞ aviadaşıyıcısında matros itkin düşüb

ABŞ Silahlı Qüvvələrinin Ərəbistan dənizində yerləşən Beşinci donanmasının "Nimits" aviadaşıyıcısında bir matros itkin düşüb.

GunAz.az Trend-ə istinadən bildirir ki, bu barədə donanmanın "Twitter" səhifəsində yazılıb.

Qeyd olunur ki, sentyabrın 6-da axşam saatlarında itən matrosun axtarışları bir nəticə verməyib. Hazırda Ərəbistan dənizinin şimal hissəsində axtarışlar davam etdirilir.

Qeyd edək ki, "Nimits" aviadaşıyıcısında 5 min dənizçi xidmət edir.


скачать dle 12.1

Şərhlər