SON DƏQİQƏ
» » Merkel Putinə əsəbiləşdi: Navalnı məsələsi...

Merkel Putinə əsəbiləşdi: Navalnı məsələsi...

Tarix:

26-08-2020, 22:49

/ 1 256 dəfə oxundu.
Merkel Putinə əsəbiləşdi: Navalnı məsələsi...

Almaniya kansleri Angela Merkel Aleksey Navalnı ilə bağlı vəziyyətə göstərdiyi münasibətə görə Rusiya Prezidenti Vladimir Putinə əsəbiləşib.

GunAz.az xəbər verir ki, bu barədə "Blumberq” agentliyi yazıb.

"Almaniya Rusiya və digər Qərb ölkələri arasında əsas vasitəçidir. Vıadimir Putin də Navalnı kimi həssas məsələdə normal mövqe göstərmədiyi üçün Merkel əsəbiləşib. Aleksey Navalnı Berlində Angela Merkelin ofisindən bir neçə dəqiqəlik məsafədə komada yatır və kansler Vladimir Putinlə nə edəcəyini bilmir”, - məlumatda bildirilib.

Agentlik qeyd edir ki, Merkelə yaxın iki məmurun sözlərinə görə, kansler əvvəllər Rusiya haqqında danışanda işlətdiyi ifadələri ehtiyatla seçirdi. Amma "Şarite” klinikasının həkimlərinin Navalnının zəhərləndiyi barədə bəyanatından sonra Merkel Putindən tələb etdi ki, fakt tamamilə araşdırılsın.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ