SON DƏQİQƏ
» » Türkiyənin bu bölgəsində sərt qadağalar tətbiq olunur

Türkiyənin bu bölgəsində sərt qadağalar tətbiq olunur

Tarix:

15-08-2020, 18:46

/ 4 502 dəfə oxundu.
Türkiyənin bu bölgəsində sərt qadağalar tətbiq olunur

Türkiyədə yeni növ koronavirus infeksiyası riski olan bölgələrdə məhəllələr üzrə sərt tədbirlərə başlanılıb.

Ankaranın Etiməsqut rayonunun Fevziyə məhəlləsi karantinə alınıb. Hazırda pasport qeydiyyatında 463 sakini və 130 ev olan məhəlləyə giriş-çıxış dayandırılıb. Qaziantep valisi isə iki həftə boyunca vilayət ərazisində bütün ictimai tədbirləri, yürüş, mitinq, idman yarışları və s. mərasimlərin keçirilməsini məhdudlaşdıran qərar qəbul edib. Toy və nişanlarda isə gəlin və bəyin valideynlərindən başqa 65 yaşdan yuxarı olanlar iştirak edə bilməzlər.

Qeyd edək ki, hazırda Türkiyədə infeksiyaya yoluxmada aşkar edilən gündəlik say 1200 nəfər əhatəsindədir. Gündəlik artım aidiyyəti qurumları ciddi narahat etməyə başlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ