SON DƏQİQƏ

Zakir Həsənovun mesajına Tixanskidən reaksiya

Tarix:

23-06-2020, 09:05

/ 3 086 dəfə oxundu.
Zakir Həsənovun mesajına Tixanskidən reaksiya

Sırf hərbi cəhətdən götürsək, qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun ümumi atəş gücü, kalibrli və artilleriya sistemləri baxımından imkanları rəqibindən ən azı ikiqat üstündür. Azərbaycan aviasiyası da daha yüksək səviyyədədir.

Bu sözləri belaruslu hərbi mütəxəssisi, Rusiya Hərbi Elmlər Akademiyasının professoru Aleksandr Tixanski Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun açıqlamasını şərh edərkən deyib.

Hərbi ekspertin fikrincə, döyüş əməliyyatlarının uğuruna ən çox qoşunların döyüş effektivliyi və döyüş hazırlığı təsir göstərir ki, bu da öz növbəsində ordu və donanmanın komandanlığından asılıdır:

"Azərbaycan Ordusunun döyüş hazırlığı və döyüş qabiliyyəti yüksək səviyyədədir. Eyni zamanda, qarşıda duran hərbi hədəflərə nail olunması ilk növbədə operativ-strateji qərargah formatında tətbiq edilir. Bu baxımdan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "düşməni məğlub etmək üçün bütün imkanlarımız var və onlar bunu yaxşı bilirlər” mesajı heç bir şübhə yeri qoymur. Və əgər Azərbaycan Silahlı Qüvvələrinin hərbi strategiyası və taktikaları vahid formata keçərsə, bu, onların səmərəliliyinin artırılmasında keyfiyyət sıçrayışı olacaq. Və Belarus Hərbi Akademiyasının Baş Qərargahının fakültəsində oxuyan zabitlərin sayının artması bu prosesi sürətləndirəcək”.

Ekspert, həmçinin Dağlıq Qarabağın işğaldan azad olunması əməliyyatının uğurlu keçməsi üçün onun 2-3 sutka çəkməsi gərəkdiyini də vurğulayıb:

"Yox əgər 2-3 sutkadan çox çəkərsə, o zaman bu, təkcə hərbi və iqtisadi resurslar deyil, həm də siyasi qətiyyət tələb edən uzun bir müharibənin başlanğıcı ola bilər”.

"Ən optimal vaxt isə bir gündür! Qoşunların səriştəli rəhbərliyi və müvafiq planlaşdırma ilə bunun həyata keçirilməsi Azərbaycan Silahlı Qüvvələri imkanları daxilindədir”, – deyə Tixanski bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ